Gəlin tutaq Bakıya təzə qafiyə (Remix) Ziko Beats [3 style]
Aug 18, 2024
Gəlin tutaq Bakıya təzə qafiyə (Remix) Ziko Beats [3 style]
Şair gərək hər gün yeni söz deyə
Gəlin tutaq Bakıya təzə qafiyə
Bakı şairlərin gözə yarıdır
Hər cür nemət desən onun varıdır
Xəzərin qoynunda bir mirvaridir
Abşeron bənzər zəngin süfrəyə
Şair gərək hər gün yeni söz deyə
Gəlin tutaq Bakıya təzə qafiyə
Ağsaqqala əsl hörmət də burda
Qeyrət namus təmiz ismət də burda
Şux məzəli duzlu söhbət burda
Yığılsın elimiz bu gün şənliyə
Şair gərək hər gün yeni söz deyə
Gəlin tutaq Bakıya təzə qafiyə
Show More Show Less #Music & Audio

